Goranboyda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO

Goranboy. 16 avqust. REPORT.AZ/ Goranboy rayonunda avtomobil qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib. 

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərinişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər