Goranboyda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Goranboyda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Goranboy. 30 aprel. REPORT.AZ/ Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza Goran stansiyasına geden yolda qeydə alınıb.

Qəza 1963-cü il təvəllüdlü Mobil İsgəndərovun "VAZ-2199" markalı avtomobilin sükanı arxasında hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılması nəticəsində baş verib. Ağır bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən M.İsgəndərovun vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Digər xəbərlər

Qubada ayılar kəndə hücum edib 23 sentyabr, 2025 / 10:28