Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb - YENİLƏNİB

Goranboy. 24 sentyabr. REPORT.AZ/ Goranboyda baş verən yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza zamanı yaralanan "VAZ-21099" markalı avtomobilin sərnişini, 1953-cü il təvəllüdlü Şəfiqə Alı qızı Qasımova təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yaralananlar ölən qadının həyat yoldaşı, gəlini və nəvəsidir. Onlar xəstəxanaya yerləşdiriliblər.


***17:39

Goranboy. 24 sentyabr. REPORT.AZ/ Goranboyun Dəliməmmədli şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, "VAZ-21099" markalı avtomobil ilə hazırda markası məlum olmayan digər bir maşının toqquşmsı nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Digər xəbərlər