Goranboyda yol qəzası baş verib: xəsarət alanlar var

Goranboy. 6 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kələk kəndində baş verib. 

Belə ki, kənddə "VAZ-21011" markalı avtomobillə "VAZ-2106" markalı maşın toqquşub. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar - Gülnar Əmrahova və onun azyaşlı övladı, habelə Əmrahova Başxanım və avtomobillərdən birinin sürücüsüdür. Qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08