Goranboyda avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub - YENİLƏNİB

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın piyadaların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı kənd sakinləri, 1988-ci il təvəllüdlü Nərgiz Nizami qızı Mustafayeva, 1990-cı il təvəllüdlü Gülanr Elxan qızı Qasımova və onun qızı 2015-ci il təvəllüdlü Mədinə Elşən qızı Əliyevanı vurub. 

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Qəza zamanı 4 yaşlı M.Əliyeva yüngül, digər yaralılar isə ağır bədən xəsarətləri alıblar. 


10:47

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən iki qadını avtomobil vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34