Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var

Goranboy. 5 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Xan Qərvənd kəndində qeydə alınıb. 

Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində Xanqərvənd kənd sakinləri, 1966-cı il təvəllüdlü Zirəddin Şikər oğlu Həsənov və 1967-ci il təvəllüdlü Asif Əvəz oğlu Məhərrəmov ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı daha iki nəfər isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37