Goranboyda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Şəmmədli kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Hadisənin təfərrüatları və xəsarət alanın şəxsiyyəti dəqiqləşdirilir.

Digər xəbərlər