Goranboyda yeniyetmə dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Veyisli kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü A.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb. A.İsmayılovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər