Goranboyda 15 yaşlı qız dəm qazından boğularaq ölüb 

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü L.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56