Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54