Goranboy. 28 mart. REPORT.AZ/ Goranboy rayonunda taxıl sahələrini alaq otları bürüyüb.
"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Balakürd kəndində buğdadan hündür olan alaq otları hektarlarla əraziyə yayılıb.
Fermer Şahbaz Məhərrəmov türpəngin sahələri belə tez bürüməsinin buğda və arpanın inkişafına mənfi təsir göstərəcəyini deyir. Onun sözlərinə görə, yabanı otlar biçin vaxtı kombaynların da işinə mane olur, məhsulun tez və itkisiz toplanmasını əngəlləyir.
Fermer qeyd edib ki, zəmilərdə taxıldan çox gözə dəyən bu bitkilər, əsasən toxum vasitəsi ilə yayılır. Hazırda çiçəklənmə dövrü olan alaq otlarını məhv etmək üçün əkin sahələrində dərmanlama işi aparılmalıdır.