Bakı. 7 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda şagird məktəbə qumbara gətirib.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirmişdir. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.