Goranboyda qadın intihara cəhd göstərdi

Goranboy rayonunda qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Safıkürd kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26