Goranboyda qadın kürəkəni tərəfindən bıçaqlandı - YENİLƏNİB-2

Goronboy rayonunda qayınanasını bıçaqlayan şəxs saxlanılıb. 

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Leyla İsgəndərovanı bıçaqlamaqda şübhəli bilinən Kürdoğlu Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tətərfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 21:08

Goranboy rayonunda qadının kürəkəni tərəfindən bıçaqlandığı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndər qızı İsgəndərova ailədaxili münaqişə zəminində kürəkəni, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov tərəfindən bıçaqlanıb.

Dörd bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 20:16

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qadın mübahisə zəminində qohumu tərəfindən bıçaqlanıb.

O, Goranboy rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər