Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Goran ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Şahnaz İsmayıl qızı Baxşəliyevanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37