Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin vuraraq öldürdüyü piyada 65 yaşlı Nəriman Sadıqovdur.
Xatırladaq ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
20:37
Goranboy rayonunun Dəliməmmədli şəhərində orta yaşlı kişini avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.