Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 19 iyul. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un  məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. 

Nəticədə sürücü və avtomobildə olan iki sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan Sahibə Hacıyeva orada ölüb. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48