Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 30 avqust. REPORT.AZ/ Goranboy rayonunun Dəliməmmədli şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə “VAZ-2106”-nın sürücüsü P.Məsiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və onun sərnişini Süleyman Əliyev hadisə yerində ölüb. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37