Goranboyda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Goranboy rayon Abbasqullular kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində, minik maşınında olan, 1990-cı il təvəllüdlü Kərimova Rəqsanə, 1988-ci il təvəllüdlü Kərimov Fəxri və 1959-cü il təvəllüdlü Tahirə Babayeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlardan F.Kərimov Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47