Goranboyda iki qardaş döyüldü

Goranboy rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Kənd sakinləri, 1996-cı il təvəllüdlü Cəbransarı Əziz oğlu Fərmanov və onun qardaşı, 1992-ci il təvəllüdlü Sakit kənd ərazisində döyülüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13