Goranboyda iki minik avtomobili toqquşub

Goranboy. 10 iyun. REPORT.AZ/ Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Goranboy-Qızılhacılı yolunda, Qızılhacılı qəsəbəsi ərazisində baş verib.

"Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Digər xəbərlər