Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboy rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qəzılhacılı-Qərvənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, Şəki şəhər sakini, 1986-cı il təvəllüdlü Tərlan Xuruşov və digər avtomobildə olan 1988-ci il təvəllüdlü Müşfiq Adıgözəlovla 1996-cı il təvəllüdlü Nicat Aslanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24