Goranboyda gənc qadını avtomobil vurub

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Aysun Sədrəddin qızı Kərimovanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

A.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24