Goranboyda gənc oğlan söyüşə görə əmisi oğlunu bıçaqlayıb - YENİLƏNİB-2

Goranboy rayonunda qohumunu bıçaqlayanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1995-ci il təvəllüdlü Qafar Hüseynzadə Koroğlu oğludur. Mübahisənin söyüş üstə yarandığı bildirilir.

Qeyd edək ki, Goranboy rayon, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan İsmayilov 2 bıçaq yarası ilə Goranboy Rayon Mərkəzi Xstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 10 yanvar, 22:06

Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb. 

Hadisəni törədən şəxsin Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


***20:42

Goranboy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Meşəli kəndində baş verib.

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov bıçaq xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45