Goranboyda ev yanıb, ölən var

Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Yusibova Maya Abduləli qızı tüstüdən boğularaq dünyasını dəyişib.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08