Goranboyda dolu meyvəçiliyə ciddi ziyan vurub - FOTO - VİDEO

Goranboy. 28 may. REPORT.AZ/ Goranboy rayonuna dolu yağıb.

"Report"un qərb bürosu xəbər verir ki, rayonda yağan güclü yağış sonradan doluya çevrilib.

Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Onların sözlərinə görə, yağıntı əsasən kəndlərin meyvə-tərvəz əkilən sahələrinə ziyan vurub.

Hazırda yığımı aparılan gilas, alça, ərik və digər meyvələr dolu nəticəsində zay olub. 

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41