Goranboy. 26 mart. REPORT.AZ/ Goranboyun ucqar dağ kəndi Buzluqda canavarlar iribuynuzlu mal-qaraya hücum edib.
“Report”un Qərb bürosu xəbər verir ki, yırtıcılar kənd sakini Mütalib Əzizovun otlaqda olan 1 baş inəyini parçalayıb, digərini isə yaralayıb.
O, axşam saatlarında heyvanların geri qayıtmadığını görüb və inəklərin otladığı əraziyə gedib. Kənd sakini otlağa çatdıqda iribuynuzluların canavarlar tərəfindən parçalandığını görüb.