Goranboyda canavarlar kəndə hücum edib, 8 heyvanı parçalayıb

Goranboy. 18 yanvar. REPORT.AZ/ Goranboyda canavarlar 8 heyvanı parçalayıb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Eyvazlılar kəndi ərazisində baş verib. 

Belə ki, yırtıcılar kəndə hücum edərək yerli sakin Elman Adıgözəlova məxsus xırdabuynuzlu heyvanları parçalayıb. Onlardan 6-sı tələf olub, 2-si ağır yaralanıb. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54