Goranboyda avtomobillər toqquşub, ölən var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59