Goranboyda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-ci il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Baxşəliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47