Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Gornaboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 26-ı saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26