Goranboyda avtomobilin aşması nəticəsində sürücü yaralanıb

Goranboy. 27 mart. REPORT.AZ/ Goranboy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Goranboy-Ağcakənd yolu ilə hərəkətdə olan 1995-ci il təvəllüdlü Xocalı rayon sakini Əliyev Əli İlham oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər