Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü T.Hüseynov və 1958-ci il təvəllüdlü E.Hüseynov müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.