Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Borsunlu kəndində qeydə alınıb.
Avtomobil qəzası zamanı 2 nəfər - Borsunlu kənd sakinləri, 1996-cı il təvəllüdlü Emin Imamverdiyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü İbrahim Yusibov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.