Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilin maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Sevinc Nuriyeva xəsarət alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14