Goranboyda avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.  "VAZ" markalı avtomobillə traktorun toqquşması nəticəsində, 2005-ci il təvəllüdlü A.Nəsibov, 1995-cil il təvəllüdlü E.Məmmədova və 1941-ci il təvəllüdlü D.Məmmədova xəsarət alıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29