Goranboyda yol qəzası olub, xəsarət alanlar var 

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2009-cü il təvəllüdlü S.Axundova, 1988-ci il təvəllüdü A.İsayeva və 2013-cü il təvəllüdü S.Axundzadə xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14