Goranboyda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub

Bakı. 6 iyun. REPORT.AZ/ Goranboy rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən üç nəfər tutulub.

"Report" xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci il noyabrın 23-də Zamir Rzayevə məxsus “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakinləri Ramin Əliyev, Qurban Məmmədov və əvvəllər məhkum olunmuş Ramin Məmmədov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31