Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil 1984-cü il təvəllüdlü Fəxrəddin Bilal oğlu Novruzovu vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26