Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var 

Goranboy rayonunun Xan Qərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37