Goranboyda avtomobil gənci vuraraq öldürüb

Goranboyda gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağcakənd yolunda qeydə alınıb.

Avtomobil 2005-ci il təvəllüdlü Quliyev Peman Elşad oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13