Goranboyda avtomobil gənc piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboy. 14 yanvar. REPORT.AZ/ Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Həbib Musa oğlu Abbasov "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətlərdən ölüb. 

Sürücünün sözlərinə görə, piyada qəflətən avtomobilin yoluna çıxıb və özünü maşına çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29