Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

İdarəetmədən çıxan "VAZ" markalı avtomobilin aşması nəticəsində Goranboy rayon sakinləri, 1973-cü il təvəllüdlü F. Abbasov və 1974-cü il təvəllüdlü F.Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkən şəxslər xəstəxanaya aparılıblar.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08