Goranboyda avtomobil aşıb, xəsarət alan var

Goranboy rayonunun Səfikürd kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Vəliyev Fərid müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41