Goranboyda avtomobil 71 yaşlı kişini vurub

Goranboy. 10 noyabr. REPORT.AZ/ Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12