Goranboyda avtobus piyadanı vuraraq öldürüb

Goranboy. 20 mart. REPORT.AZ/ Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. 

Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda yanğın başlayıb 13 iyun, 2026 / 17:22