Goranboyda aşpaz qadın yanıq xəsarətləri alıb

Goranboy. 10 may. REPORT.AZ/ Gəncə sakini Goranboy rayonunda işlədiyi yeməkxanada yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Dəliməmmədli qəsəbəsində yerləşən yeməkxanaların birində aşpaz işləyən 1965-ci il təvəllüdlü Sevda Əli qızı Məmmədova iş zamanı üz və əl nahiyəsindən yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər