Goranboyda ağacdan yıxılan yeniyetmə kəllə-beyin travması alıb

Goranboy. 11 avqust. REPORT.AZ/ Goranboy rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Kürəkçay kəndində əncir yığmaq məqsədilə ağaca çıxan 15 yaşlı Məhəbbət Arif oğlu Məmmədov yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı valideyinlərinin köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47