Goranboyda 70 yaşlı kişi laqunda ilə biləyini kəsib

Goranboy. 23 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda 70 yaşlı kişi laqunda ilə biləyini kəsib. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Borsunlu kənd sakini, 1948-ci il təvəllüdlü Fərman Pənahov laqunda ilə odun kəsən zamanı ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Biləyi kəsilən şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər