Goranboyda 59 yaşlı qadını ilan sancıb

Goranboy rayonunda 59 yaşlı qadını ilan sancıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib. 

Kənd sakini 1960-cı il təvəllüdlü Nəcibə Hacıyevanı yaşadığı evin həyətində ilan sancıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54